Baş Prokurorluğun rəhbərliyi Xocalı soyqırımı abidəsini ziyarət etdi 

15:14 26.02.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xocalı faciəsinin 32-ci ildönümü ilə əlaqədar Baş Prokurorluğun rəhbərliyi Xocalı soyqırımı abidəsini ziyarət edib.

 

Baş Prokurorluqdan hafta.az-a bildirilib ki, abidə önünə gül dəstələri düzüb, faciə qurbanlarının xatirələri dərin ehtiramla anılıb.